Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır

Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır

Hazırda oxunan: Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır

611150

Vergi qanunvericiliyinə əsasən müəyyən kateqoriyadan olan şəxslər üçün əmlak vergisi ilə bağlı güzəşt tətbiq olunur.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, binaların icarəyə və ya kirayəyə verilməsi, həmçinin sahibkarlıq və ya kommersiya məqsədilə istifadə edilməsi halları istisna olmaqla, bəzi şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği azaldılır.

Güzəşt Vergi Məcəlləsi ilə müəyyən edilir və bu çərçivədə Vergi Məcəlləsinin 4.15.2-ci maddəsi və Vergi Məcəlləsinin 102.2-ci maddəsi nəzərə alınır.

Qeyd edək ki, bu güzəşt pensiyaçılara, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həmçinin onların ailə üzvlərinə şamil edilir. Həmin şəxslər üçün binalara görə hesablanan əmlak vergisi 30 manat məbləğində azaldılır.

Güzəşt yalnız qeyd olunan şərtlər daxilində tətbiq olunur və əmlak kommersiya məqsədilə istifadə edildiyi halda bu imkandan yararlanmaq mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO