Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

610875

Şəhərin mərkəzi, insanların çoxluq təşkil etdiyi küçələrdə demək olar ki, hər gün yüksək səslə avtomobil idarə edən şəxslərə şahidlik edirik. Xüsusilə, pik saatlarda bu hala daha çox rast gəlinir. Bu da ətrafdakı insanların narazılığına səbəb olur, rahatlığını pozur.

İnzibati Xətalar Məcəlləsinin 521 - “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bəs, günün digər saatlarında da eyni görüntünü yaradan şəxslər üçün cərimə tətbiq oluna bilər?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ictimai asayişin pozulması kimi qiymətləndirilir:
 

“Əlbəttə, bu cür musiqilərin yüksək səslə verilməsi səs terroru kimi bir şeydir. Belə məsələlələrdə vətəndaşların daha çox ictimai asayişini yaxud asudə vaxtını xoş olmayan bir şəkildə təsir edən fəaliyyət kimi qiymətləndirilib addımlar atıla bilər. Burada ictimai asayişin pozulmasından söhbət gedir.


Bir də görürsən ki, insanların kütləvi yığışdığı yerdə maşında böyük səslə meyxana, yaxud rok musiqisi səsləndirirək onların rahatlığını pozurlar. Onda bu cərimələrdən söhbət gedə bilir. Amma normalda kimsə ucadan normal mahnı dinləyirsə, bunun cəriməsi nəzərdə tutula bilməz”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO