Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Hazırda oxunan: Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

610388

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğunu ortaya qoyub.

Bizim.Media avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Gənclər şəhərciyi yaxınlığında baş verib.

Kadrlarda toy karvanında iştirak edən avtomobillərdən birinin, “Şevrolet” markalı maşının sürücüsünün qeyri-adi və təhlükəli manevr etdiyi görünür. Sürücü eyni davranışı Binəqədi rayonu ərazisində də təkrarlayıb.
 

Belə ki, sürücü hərəkətdə olan yolda avtomobili tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb. Bu davranış yol hərəkəti qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.


Paylaşılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən kəskin tənqid olunub. Bir çoxu bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, bu tip “şou xarakterli” hərəkətlərə xüsusilə toy karvanlarında tez-tez rast gəlinir və əksər hallarda qəza riskini artırır.

Onlar sürücüləri emosiyalara qapılmadan, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırlar.

Qeyd edək ki, bu cür qayda pozuntuları inzibati məsuliyyət yaradır və sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO