Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib.
Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.
14 yaşlı qızın oğurluq və dilənçilik etməsi, eyni zamanda bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanıldığına dair məlumat yayılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə 14 yaşlı T.B-nin xırda talamalara görə barəsində bir neçə dəfə polis orqanlarına şikayətlər olub.
Zərər az olduğu və ödənildiyi üçün araşdırma dayandırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:07 / 30.04.2026
Yusufla hamamda zəhərlənən 14 yaşlı qız mağazalardan OĞURLUQ edibmiş
Hazırda oxunan: Yusufla hamamda zəhərlənən 14 yaşlı qız mağazalardan OĞURLUQ edibmiş
Hazırda oxunan: Yusufla hamamda zəhərlənən 14 yaşlı qız mağazalardan OĞURLUQ edibmiş
610357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































