
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 29.04.2026
1 dəq oxunma
Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ
Hazırda oxunan: Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ
610105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.
Bizim.Media xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.
Faktla bağlı araşdırma davam etdirilir. (Oxu.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































