Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar - RƏSMİ - VİDEO

Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar - RƏSMİ - VİDEO

Hazırda oxunan: Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar - RƏSMİ - VİDEO

609904

Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.

Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Abdullayev Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.

O, yanğının universitet binasının arxa həyətində baş verdiyini bildirib:

"Yanğın yanğınsöndürmə briqadaları tərəfindən tamamilə nəzarətə götürülüb və söndürülüb. Ərazidə briqadalar işləyir, yanğının yaxınlıqdakı binalara keçməməsi üçün tədbirlər görülür. Hadisənin səbəbi hələki bəlli deyil".

Universitet rəsmisi onu da əlavə edib ki, yanğın zamanı xəsarət alan olmayıb və universitetin binasına ziyan dəyməyib:

"Sadəcə qabaqlayıcı tədbir olaraq yaxın binalardakı əməkdaşlar və tələbələr təxliyə olunublar".


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO