Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba, Qusar, Xaçmaz və Şabranda avtomobil yolları təmir ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Qeyd edilib ki, AAYDA tərəfindən Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması, Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci kilometrliyində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması, Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan suötürücü boruların yenilənməsi və 20-ci km-də Söhüb kəndinin ərazisində yerləşən körpünün giriş-çıxış hissələrinin bərpası, Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana 3 ədəd borunun çıxışlarının bərpası və 68-ci km-də yolun bərpası, Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun bərpası, Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün girişinin bərpası və s. işlər həyata keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:36 / 28.04.2026
Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ
Hazırda oxunan: Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ
Hazırda oxunan: Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ
609862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































