Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Hazırda oxunan: Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

609773

Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaranıb.

Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.
 

Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır. Təhlükəli hissəyə yalnız kiçik daş parçaları qoyulub. Lakin axşam saatlarında sürücülər bu xəbərdarlığı görməkdə çətinlik çəkirlər.


Sakinlər bildirirlər ki, yolun həmin hissəsi qısa zamanda yenidən qurulmalıdır. Əks halda yolun tamamilə dağılması bu istiqamətdə yerləşən kəndlərin nəqliyyat əlaqəsində ciddi çətinliklər yarada bilər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO