“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

Hazırda oxunan: “Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

609750

Hökməli və Qobu qəsəbələrinin sakinləri iddia edirlər ki, əvvəllər qrafiklə verilən suyun gəlişi 10 gündür ki, dayanıb.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, Hökməli dairəsi adlanan ərazidə su olduğu halda qəsəbənin özü suya həsrət qalıb.

"Maşınları Hökməli darəsində doldurub gətirib camaata pul ilə satırlar”, - deyə sakinlərdən biri əlavə edib.

Suyun günlərlə verilməməsi bir yana, sakinlər əraziyə gələn su maşınlarının da qiymətinin artdığından şikayətçidir:

"Maşınla suyun tonunu 10 manata gətirirlər. Geniş ailədi, bunu çatdırıb almaq lazımdır. Satan heç olmasa insafla satmır ki, gedib alaq. Qonşu qadın gəlib ki, uşaqlara çay qoymağa suyum yoxdur”.

"Su pulu yığan gəlmişdi, dedi qəza olub, 2 günə su gələcək amma gəlmədi”, - deyə digər sakin əlavə edib.

ADSEA-dan məsələ ilə bağlı bildirilib ki, ərazini qidalandıran su kəmərində qəza baş verib:

"Hazırda təmir işləri aparılır. İşlər tezliklə yekunlaşdırılacaq və ünvanlar üzrə suyun verilişi əvvəlki qrafikə uyğun bərpa ediləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO