Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Hazırda oxunan: Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO
608904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Ticarət-Sənaye Palatası (Ukrainian CCI) may ayında ukraynalı şirkətlərin Bakıya biznes missiyasını təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Facebook hesabında ukraynalı şirkətlər üçün keçirilən vebinardan sonra məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna şirkətləri Bakıda keçiriləcək Caspian Agro 2026 beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edəcəklər.

Diplomat əlavə edib ki, vebinar zamanı davamlı artım nümayiş etdirən Azərbaycan bazarının əsas imkanları müzakirə olunub.

Bununla yanaşı, əməkdaşlıq üçün perspektivli sahələr, Azərbaycanın idxal strukturu və ukraynalı şirkətlərin yerli bazara çıxışı ilə bağlı praktiki məsələlər də nəzərdən keçirilib.

“Ukrayna biznesini Azərbaycan bazarını kəşf etməyə və bu regionda öz layihələrini inkişaf etdirmək üçün tərəfdaşlar tapmağa çağırırıq”, - deyə Yuri Qusev bildirib.

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO