Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

Hazırda oxunan: Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

608851

Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində nəqliyyat sıxlığı tamamilə aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilib:

- Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb;

- Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.

Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO