Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

Hazırda oxunan: Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

608616

“Biz müştərilərimizə davranışlarına uyğun olaraq məhsul və xidmətlərimizi fərdi yanaşma ilə təklif edirik. Bu isə daha böyük qisim müştərimizə faydalı olmağa və maliyyə dayanıqlılığımızı qorumağa səbəb olur. Bu yanaşma ilə 2025-ci ildə bəzi müştəri qruplarında bankomatlardan nağdlaşdırma və "Birbank" kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün komissiyasız məxaric limitini dəyişmişik. Bu qərar müştərilərimizin 1%-dən də az qisminə şamil edilib”.

Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, həmçinin, bəzi müştərilərimizdə limit artımını da həyata keçirmişik:

"Milyonlarla "Birbank"lı üçün hazırda "Birbank" debet kartları arasında köçürmələr tamamilə limitsiz və komissiyasızdır. Eyni zamanda, digər yerli bank kartlarına köçürmə edənlər individual qaydada şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdirlər".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO