Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Hazırda oxunan: Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

607919

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunan “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda elmi sesssiya keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə iştirakçılar AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iqtisadçı-alim Qorxmaz İmanovun şərəfli və məhsuldar ömür yolu keçdiyini vurğulayıb.

Qeyd edib ki, o, hələ Sovet hakimiyyəti dövründə yeni təfəkkürə malik iqtisadçı alim kimi formalaşaraq elmi ictimaiyyət tərəfindən tanınıb.

Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, deputat, akademik Ziyad Səmədzadə, akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, AR Auditorlar Palatasının sədri professor Vahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı və UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli alimi yubileyi münasibətilə təbrik edib, onun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıblar.

Bildirilib ki, Qorxmaz İmanov respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.

Qeyd edək ki, Q.İmanov 1941-ci il aprelin 17-də Bakıda anadan olub.

O, Əməkdar artistlər Cabir və Tahir İmanovun atasıdır. Cabir İmanov 2025-ci il sentyabrın 29-da qəfil ürəktutmasından vəfat edib. (yenisabah.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO