Bəxtiyar İsmayılov yeni vəzifəyə TƏYİN EDİLDİ

Bəxtiyar İsmayılov yeni vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Bəxtiyar İsmayılov yeni vəzifəyə TƏYİN EDİLDİ

607478

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin bu gün imzaladığı Sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub. 

Bizim.Media “Media25”ə istinadla xəbər verir ki, yeni təyin olunmuş sədr müavini bu gün Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Bəxtiyar İsmayılov muxtar respublikada sosial-iqtisadi sektor üzrə yüksək təcrübəyə malik peşəkar kadrlardan hesab olunur. 

O, əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. B.İsmayılov müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO