Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir...

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir...

Hazırda oxunan: Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir...

606953

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. 

Bizim.Media xəbər verir ki, nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır.

Mütəxəssislərin fikrincə, bu içki fiziki dözümlülüyü artırır, qaraciyəri qoruyur və beyinə qan axınını yaxşılaşdıraraq yaddaş problemlərinin qarşısını almağa kömək edə bilər. Tərkibindəki betalainlər isə güclü antioksidant təsir göstərir.

Çuğundur şirəsi aşağı kalorili olsa da, tərkibində təbii şəkər çoxdur, buna görə gündə 1 stəkan içilməsi tövsiyə olunur. Həddindən artıq istifadə sidiyin rəngini dəyişə bilər, lakin bu zərərsizdir.

Böyrək daşı riski olanlar və aşağı təzyiqdən əziyyət çəkənlər isə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO