Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Hazırda oxunan: Rezidentura üzrə sınaq imtahanı keçiriləcək
604424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Sınaq imtahanında iştirak etmək istəyənlər 1 aprel saat 15:00-dan 9 aprel saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
 

Sınaq imtahanı 19 aprel 2026-cı il tarixində Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küç., 50) və Naxçıvan şəhərində (Naxçıvan şəhəri, 4 saylı orta məktəb (3-cü mərtəbə)) elektron formada keçiriləcək və saat 16:00-da başlanacaq.


Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

"Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO