Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Hazırda oxunan: Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI
604313
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər aramsız yağan leysan yağışlar bölgələrdə fəsadlar törədib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində Dəmirçi–Lahıc avtomobil yolunun əsas zolağında torpaq sürüşməsi baş verib və hazırda yol avtomobillərin hərəkəti üçün bağlanıb. 

Əraziyə xəbərdarlıq nişanları və xüsusi lentlər çəkilib.
 

AAYDA-nın 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov bildirib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır, lakin aktiv sürüşmə səbəbindən hələlik bərpa işləri aparmaq mümkün deyil.


Onun sözlərinə görə, sürücü və sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq yol qəzalı əraziyə çatmadan bağlanıb və alternativ marşrutlardan istifadə tövsiyə olunur. Qeyd olunub ki, yol sürüşmə zonasında yerləşdiyindən bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO