Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO
603460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünyasını dəyişib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, o, dünən qəfil ürək çatışmazlığından vəfat edib.
 

Qeyd edək ki, Tofiq Məmmədov əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb.


Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.

Tofiq Məmmədov həmçinin Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrində ölkənin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb.

T.Məmmədov xidmətlərinə görə bir çox dövlət mükafatları və fəxri təltiflərə layiq görülüb.



Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ – FOTO/VİDEO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO