Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Hazırda oxunan: Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO
603266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.


Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə 2 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO