Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Hazırda oxunan: Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
601332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Yer kürəsində güclü maqnit qasırğası gözlənilir. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbərdarlıq edir ki, Günəşdəki nəhəng koronal dəlik planetimizdə geomaqnit dalğalanmalarına səbəb olacaq.

Bizim.Media xəbər verir ki, son sutka ərzində Günəş küləyinin sürəti artıb və bu, geomaqnit indekslərinin yüksəlməsinə gətirib çıxarıb.

Alimlərin bildirdiyinə görə, budəfəki qasırğanın mənbəyi Günəşin cənub qütbündən şimal qütbünə qədər uzanan və vizual olaraq böyük bir "çat"ı xatırladan nəhəng koronal dəlikdir.

Mütəxəssislər qeyd edir ki, həmin struktur bir ay əvvəl də aktiv olub və həmin vaxt Yer kürəsində G1-G2 (orta) səviyyəli maqnit qasırğaları yaradıb.

Hazırda dəliyin forması və ölçüsü dəyişmədiyi üçün builki təsirin də oxşar gücdə olacağı proqnozlaşdırılır.
 

Hesablamalara görə, maqnit qasırğası 13 mart gecə yarısına yaxın başlayacaq. Əgər proqnozlar özünü doğrultsa, qasırğanın təsirindən bir çox bölgələrdə nadir təbiət hadisəsi olan şimal parıltısı müşahidə edilə bilər.


Xatırladaq ki, maqnit qasırğaları zamanı meteohəssas insanlarda baş ağrısı, halsızlıq və təzyiq dəyişikliyi müşahidə oluna bilər. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO