İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

Hazırda oxunan: İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI
601300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo.az” dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib:

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;

- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;

- Badamdar qəsəbəsində torpaq sahəsi;

- Yasamal rayonu, Mətbuat prospektində mənzil;

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.
 

İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda  torpaq sahəsidir.


Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO