Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu - VİDEO

Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu - VİDEO

Hazırda oxunan: Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu - VİDEO
600919
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərində məskunlaşmış məcburi köçkün ailəsinin yaşadığı evdə baş verən yanğın nəticəsində mənzil bütün əşyaları ilə birlikdə kül olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a müraciət daxil olub.
 

Kəlbəcər rayonunun Susuzluq kəndindən məcburi köçkün olan Lətif Sabir oğlu Yaqubov müraciətində bildirib ki, ailəsi hazırda Gəncə şəhərindəki 650 ailəlik yaşayış massivində müvəqqəti məskunlaşıb.


Onun sözlərinə görə, 17 fevral 2026-cı il tarixində yaşadığı evdəki yanğın nəticəsində mənzil tamamilə yararsız hala düşüb.

"Ailəmlə birlikdə küçədə qalmışıq. Hazırda qonşuların evində sığınacaq tapmışıq. Aidiyyəti qurumlara məlumat versək də, bu günə qədər heç kim vəziyyətimizlə maraqlanmayıb və bizə köməklik göstərilməyib", - deyə o bildirib.

Məcburi köçkün ailəsi qeyd edir ki, onsuz da çətin olan yaşayış şəraiti baş verən hadisədən sonra daha da ağırlaşıb və hazırda yaşayış üçün heç bir imkanları yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO