Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir

Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir

Hazırda oxunan: Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir
600361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 

Bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.


Bildirilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Martın 5-dən indiyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO