Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO
600007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzuli şəhəri, H.Əliyev prospektində yerləşən "Səma" marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon polis şöbəsinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.
 

İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən edilib.


Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO - foto 1
Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO - foto 2
Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO