Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Hazırda oxunan: Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO
597738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan Cavidan vətənə xidməti bir şərəf, bir borc bilirdi. Elə şərəf borcunu yerinə yetirən zaman da şəhidlik zirvəsinə yüksəlib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidən olan şəhid Cavidan Məmmədli anım günündə böyük sevgi və ehtiramla anılıb.

Səhər saatlarından başlayaraq şəhidin ailə üzvləri, qazi və ictimaiyyət nümayəndələri Şəkidəki Şəhidlər xiyabanına gələrək Cavidanın, eləcə də digər şəhidlərin məzarını ziyarət edib, dualar oxuyub.

Daha sonra Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbində məktəbin şəhid məzunu Cavidan Məmmədlinin anım gününə həsr olunmuş "Vətən məcnunu" adlı tədbir keçirilib.
 

Azərbaycanın dövlət himni səsləndirildikdən, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cavidanın şərəfli ömür yolundan, hərbi xidmətə yollanmasından, düşmən gülləsinə tuş gəlməsinədək bütün xatirələr dilə gətirilib.


Şəhidlərə, eləcə də Cavidanan həsr edilən şerlər, bayatılar səsləndirilib.

Məktəbin müəllimlərindən ibarət ansamblın ifasında musiqi nömrələri səsləndirilib, şeirlər dinlənilib, şəhidin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 1
Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 2
Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 3
Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 4
Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 5
Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO - foto 6

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO