TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

Hazırda oxunan: TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir
597567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

TÜRKPA Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətinin ATƏT PA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 25-ci qış sessiyasının ikinci günündə iştirakı davam edir.

Bizim.Media xəbər verir ki, plenar sessiya çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Baş katibi Roberto Montella və ATƏT PA-nın Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.

TÜRKPA nümayəndə heyəti Baş katib Ramil Həsənin rəhbərliyi altında Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov daxil olmaqla qış sessiyasının iştirakçılarının şərəfinə Avstriya Milli Şurasının Prezidenti Dr. Volter Rozenkranz tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO