Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki gün bağlı qalan yolda yenə məhdudiyyətlər olacaq - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki gün bağlı qalan yolda yenə məhdudiyyətlər olacaq - VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki gün bağlı qalan yolda yenə məhdudiyyətlər olacaq - VİDEO
596989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aeroport şosesinin hər iki istiqamətində saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 

Bildirilir ki, 21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək.


Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən "Koroğlu" metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.
 

Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.


Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO