Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Hazırda oxunan: Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi
596565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ


TƏBİB-in Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri olan Zaur Əliyevdir. 

Şuranın digər üzvləri isə aşağıdakı vəzifələri tutur:

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Xatırladaq ki, Vüqar Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO