Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Hazırda oxunan: Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR
596055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.

Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə “boz kardinal”ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, “Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu.

İrəli sürülmüş ittihamlar məhkəmə qərarı ilə təsdiqlənərsə, Ramiz Mehdiyevin sərvəti, o cümlədən lüks avtomobil kolleksiyası müsadirə oluna bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “modern.az”a açıqlama verən hüquqşünas Babək Həmidov bildirib ki, şəxsin əmlakının qanuni və ya qeyri-qanuni yolla əldə olunmasına dair yekun qərar məhkəmə tərəfindən verilir.
 

Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı şəxsin gəlirləri ilə əmlakı arasında uyğunsuzluq müəyyən edilərsə, həmin əmlakın müsadirəsi barədə qərar çıxarıla bilər.


Mövzu ilə bağlı Ramiz Mehdiyevin hüquqlarını dövlət təyinatı əsasında müdafiə edən vəkil Zaur Abıyev ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma, vəkil səhhətində yaranmış problemlə əlaqədar məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 1
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 2
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 3
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 4
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 5
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 6
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 7
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 8
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 9
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 10
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 11
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 12
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 13
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 14
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO