Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Hazırda oxunan: Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO
595658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yağan qardan sonra temperaturun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində buzlaşmaya səbəb olub.

Bizim.Media xəbər verir ki, hazırda yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən iki avtomobil yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
 

16 saylı Yol İstismar MMC-nin əməkdaşı Qərib Dünyamalıyev AZƏRTAC-a bildirib ki, gecə saatlarından etibarən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar.


Qeyd olunub ki, qurumun xidmət etdiyi ərazi əsasən 143–156-cı kilometrləri, o cümlədən Ağsu aşırımı hissəsini əhatə edir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO - foto 1
Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO - foto 2
Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO - foto 3
Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO