Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO

Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO

Hazırda oxunan: Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO
594510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildiriblər ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO - foto 1
Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO - foto 2
Gömrükçülər külli miqdarda narkotik vasitə AŞKAR ETDİLƏR - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO