“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO

“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO

Hazırda oxunan: “Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO
590171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.

Bizim.Media “Xəzər” TV-yə istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.

Bildirilib ki, onlardan biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun tikintisidir.

Artıq layihənin icrasına başlanıb. Hazırda Xəqani Rüstəmov küçəsində Babək prospektinə gedən istiqamətdə yol bağlıdır.
 

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni yolun istifadəyə verilməsi paytaxt ərazisindəki bəzi yolların yükünü əhəmiyyətli dərəcədə azaldacaq.


Ekspert qeyd edib ki, yeni layihənin icrası nəticəsində sərnişindaşınmanı təkmilləşdirmək, eləcə də, mikromobillik zolaqları yaratmaq mümkün olacaq.

Layihə ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən vurğulanıb ki, yeni yol tunel vasitəsilə ərazidə mövcud olan dəmir yolu xəttinin altından keçərək inşa ediləcək.

Bununla da yeni yol hər iki istiqamətdə nəqliyyat axınını fasiləsiz təmin etmiş olacaq.

Daha ətraflı videomaterialda:



“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO