Sahibkarın arvadının əl-ayağını bağladı - Evini taladı - FOTO

Sahibkarın arvadının əl-ayağını bağladı - Evini taladı - FOTO

Hazırda oxunan: Sahibkarın arvadının əl-ayağını bağladı - Evini taladı - FOTO
589029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.

Bizim.Media xəbər verir ki, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.

O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
 

Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Qafqazinfo.az)

Sahibkarın arvadının əl-ayağını bağladı - Evini taladı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO