“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

Hazırda oxunan: “ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar
587601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində xuliqanlıq edən şəxs həbs olunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini olan S.Məmmədov (şərti soyadlı) barəsində inzibati protokol tərtib edilib.

Bildirilib ki, həmin şəxs sayğac kartını dəyişdirmək üçün mərkəzə gələrkən girişdə yoxlamadan keçmək istəməyib. Belə ki, o, binaya daxil olarkən mühafizə əməkdaşı detektor vasitəsilə yoxlayıb və siqnal səsi gəlib. Bu zaman S.Məmmədovun təkrar turniketdən keçməsi tələb edilib.

Lakin o bu tələbi yerinə yetirməkdən imtina edərək səs-küy salmağa, dava yaratmağa başlayıb. Nəticədə mühafizə əməkdaşı və vətəndaş əlbəyaxa olublar və pilləkəndən yıxılıblar.

Mərkəzin normal fəaliyyətini pozan və ictimai yerdə xuliqanlıq hərəkətləri edən vətəndaş saxlanılaraq Gəncə Şəhər 2-ci Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edildikdən sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutkalıq həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO