Ağcabədidə doğuş zamanı körpənin MÜƏMMALI ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağcabədidə doğuş zamanı körpənin MÜƏMMALI ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ağcabədidə doğuş zamanı körpənin MÜƏMMALI ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
587229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.

Zərdab rayon sakini 2004-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Doğuş zamanı körpə həyatını itirdi


Bəs, körpə hansı səbəbdən ölüb?

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 23.12.2025-ci il tarixində saat 19:15 radələrində 2004-cü il təvəllüdlü, hamiləliyi 39 həftə olan qadın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

24.12.2025-ci il saat 08:30 radələrində ölü döl ana bətnindən xaric edilib.

Hazırda ananın müalicəsi Doğum şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Məlumatda o da qeyd olunub ki, dölün meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Təşrihin nəticəsindən asılı olaraq dölün ölümünün dəqiq zamanı və bilavasitə səbəbi haqqında rəy təqdim etmək mümkün olacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO