13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...

13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...

Hazırda oxunan: 13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...
586842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münasibətdə olan 37 yaşlı S. Abdullayev (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, rayon məhkəməsinin hökmü ilə S.Abdullayevə 3 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, bu ilin aprel ayında rayonun kəndlərindən birində yaşayan 13 yaşlı qızın hamilə olduğu məlum olub. Bundan sonra aparılan araşdırma zamanı yeniyetmə qızın bibisinin əri ilə münasibətdə olduğu müəyyənləşib.
 

Belə ki, o, qaynının yeniyetmə qızına onu sevdiyini və evlənəcəyini deyərək yaşadığı mənzildə əxlaqsız hərəkətlər edib. Hadisə gecə saatlarında S.Abdullayevin həyat yoldaşı və 3 övladı evdə olarkən baş verib.


Məhkəmədə yeniyetmə qız və ailə üzvləri S. Abdullayevdən şikayətçi olmadıqlarını, qohumluq münasibətinə görə onu bağışladıqlarını və həbs edilməsini istəmədiklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO