Bu ətləri qətiyyən almaq olmaz – Ekspertdən XƏBƏRDARLIQ

Bu ətləri qətiyyən almaq olmaz – Ekspertdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu ətləri qətiyyən almaq olmaz – Ekspertdən XƏBƏRDARLIQ
586748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. 

Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatur rejimi pozulmamalıdır. Əgər qısa müddətdə satılacaqsa, 0-4 dərəcə arasında saxlanılmalıdır, uzun müddət üçün isə -18 dərəcədə qalmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu “Ajans.az”a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, mütləq şəkildə ətin üzərində hansı ölkədən idxal olunduğu bildirilməlidir, keyfiyyət sertifikatına dair üzərində məlumat olmalıdır, kəsim tarixi, istehsal tarixi göstərilməlidir. Əgər bu məlumatlar varsa, onda bu ətlərdən istifadə etmək olar:

“Somalidən Azərbaycana gətirilən ət bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, bu ət satış üçün idxal olunmur. Bu ət Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında, humanitar yardım kimi paylanılması üçün gətirilib.

Yaxşı olar ki, zərərsiz olması üçün ətin yaxşı bişirilməsinə diqqət edilsin. Bişirilərkən ətin daxili temperaturu 75 dərəcəni keçməlidir. Görünüşündə hər hansı ləkələr varsa, ətə xas olmayan rəngdədirsə, səthi yapışqandırsa, xoşagəlməz qoxu və maye varsa, bu, xarab olmuş ət hesab olunur.

Bir çox hallarda idxal olunan ətlər yerli məhsullara nisbətən qat-qat ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhə doğurur. Ona görə ət alarkən keyfiyyətli, mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş yerdən almaq lazımdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO