Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Hazırda oxunan: Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU
586557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsuda yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş qanunazidd əməllərə görə 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, rayon sakinləri olan iki nəfər 2011-ci il təvəllüdlü G.M.-ya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədiblər.
 

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V. İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən edilərək saxlanılıblar.


Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO