Qrant ayrılmış özəl bağçalara qeydiyyat BAŞLADI

Qrant ayrılmış özəl bağçalara qeydiyyat BAŞLADI

Hazırda oxunan: Qrant ayrılmış özəl bağçalara qeydiyyat BAŞLADI
583325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən bildirilib. 

Valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur. 
 

Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.


Qalib gəlmiş uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO