
- A-
- A
- A+
Cəmiyyət
11:05 / 30.11.2025
1 dəq oxunma
Kürdəmirdə ağır qəza: Özbəkistan vətəndaşları yaralandı
Hazırda oxunan: Kürdəmirdə ağır qəza: Özbəkistan vətəndaşları yaralandı
583097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə ağır qəza olub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki Renault markalı avtomobilin sürücüsü Anar Mustafayev həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan Özbəkistan vətəndaşları Hüseynov Abbasəli Rəhimoviç və Hüseynova Olima Jurabekovna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün


































































































