İlin sonuna kimi əfv gözlənilir?

İlin sonuna kimi əfv gözlənilir?

Hazırda oxunan: İlin sonuna kimi əfv gözlənilir?
581173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yəqin ki, bu ilin sonuna qədər Azərbaycanda Əfv Sərəncamının imzalanması nəzərdə tutulmayacaq”.

Bizim Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa deyib.

“Hazırkı vaxta qədər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar əfvlə bağlı komissiyanın iclası nəzərdə tutulmayıb. İclaslarda çoxsaylı müraciətlərə baxılır. Bunun üçün də iki-üç ay vaxt tələb olunur. Çox güman ki, bu ilin sonunda deyil, mart ayında Novruz bayramı münasibətilə əfvetmə olsun”, - deputat qeyd edib.

Fazil Mustafa əlavə edib ki, əfv məsələsi Prezidentin səlahiyyətindədir və fərdi qaydada da həyata keçirilə bilər. Hələ ki komissiya üzvü olaraq ona məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə bu ilin mayında Əfv Sərəncamı imzalanıb. Sərəncam 200-dən çox şəxsə şamil edilib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO