Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO
580507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib.

O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.

Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar.
 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb. Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib.

Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub.

Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir.

Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti - tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib. Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 1
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 2
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 3
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 4
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 5
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 6
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 7
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 8
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 9
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 10
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 11
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 12
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 13
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 14
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 15
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 16
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 17
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 18
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 19
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 20
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 21
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 22
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 23
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 24
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 25
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 26
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 27
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO - foto 28

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO