İvanovka kəndinin sirləri: Oranı kimlər niyə tərk ediblər? - VİDEO

İvanovka kəndinin sirləri: Oranı kimlər niyə tərk ediblər? - VİDEO

Hazırda oxunan: İvanovka kəndinin sirləri: Oranı kimlər niyə tərk ediblər? - VİDEO
579730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Azərbaycanın ən qədim bölgələrindən biri olan Gədəbəyin əvvəllər "Qarapapaq", "Seyiddərəsi" adlandırılan Novoivanovka kəndinə səyahət edilib.

Bizim.Media xəbər verir ki, İvanovka Gədəbəyin sonuncu sərhəd kəndidir.

Rayon mərkəzindən buraya olan məsafə təxminən 35 kilometrdir. Kənddə 2 000-ə yaxın əhali yaşayır.
 

Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada məskunlaşan İvanov soyadlı şəxslə bağlıdır. Kəndin adı "İvanovun yeni kəndi" mənasını verir.


Əvvəllər burada ruslar çoxluq təşkil etsələr də, bu gün onların sayı azalıb. Hazırda kənddə Qərbi Azərbaycandan olan soydaşlarımız üstünlük təşkil edir.

Müharibə dövründə bir çox ruslar kəndi tərk etsə də, Nadya nənə "mənim Vətənim buradır" deyərək heç yerə getməyib.

"Mən Rusiyaya bir dəfə getmişəm, amma bizim xalqı onlara dəyişmərəm.
 

Yoldaşım dedi ki, ora yaxşıdır, köçək. Mənim atam, babam - hamısı burada yaşayıb. Mən necə torpağımı qoyub gedə bilərəm?! Bizim millət hamısından yaxşıdır. Yoldaşım da rus idi.


Əvvəllər meşəyə, kluba gedirdik, qışda xizək sürürdük, klubda rəqs edirdik. Mən onunla kinoda tanış oldum", - deyə o bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO