Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

Hazırda oxunan: Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

578729
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xidmətinin dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin məxsus Yevlax Data Mərkəzinə köçürür.
 
Moderator.az bu barədə nazirliyə istinadən xəbər verir.
 
Məlumata görə, bu, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən reallaşdırılır.
 
Dövlət Vergi Xidməti artıq Yevlax Data Mərkəzində təqdim edilən İnfrastruktur və Rezervlənmə “bulud” xidmətlərini əldə edib. Qurum informasiya sistemlərini Data Mərkəzində qismən yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb, rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi platforma ilə təmin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO