Gübrə yerinə istifadə edin, faydaları inanılmazdır!

Gübrə yerinə istifadə edin, faydaları inanılmazdır!

Hazırda oxunan: Gübrə yerinə istifadə edin, faydaları inanılmazdır!
578357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bağçılıqda, təsərrüfatda gübrə torpağın keyfiyyətini artırmaq üçün mütləqdir. Amma peyin gübrəsinin qoxusu, xüsusilə torpağa yayılanda çox xoşagəlməz olur, bəzi insanların tənəffüs problemi olduğundan başını götürüb qaçmağa yer axtarır.

Bəs nə etməli?

Bizim.Media
xarici KİV-ə istinadən xəbər verir ki, bu kiçik təsərrüfat sirri sizə xeyli faydalı olacaq.
 

Kartofdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın, soyulmuş qabıqları yuyub, sulu halda onu əkilmiş torpağa, ağacların dibinə, ləklərin ətrafına səpələyin.


Kartof qabıqları bitkilər üçün faydalı olan bir çox mineral ehtiva edir. Torpaqla qarışıb yavaş-yavaş əriyir və təbii gübrəyə çevrilir. Xüsusilə tərəvəzlərdə yaxşı effekt verir.

Bundan başqa xırda şəkildə doğrayıb dibçək bitkilərində istifadə etmək olar.
 

Nəticədə yarpaqlar yamyaşıl, daha parlaq olur, torpaq nəmliyi artır və bol çiçəklənmə verir.


Çiy kartofu sürtgəcdən keçirib bir miqdar suya qataraq otaq və bağça çiçəklərinə də püskürtmək olar. Bu da çox gözəl nəticələr verəcək, bitkiləri canlandıracaq.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO