“Sovetski”də heç bir tarixi bina sökülmür” – RƏSMİ

“Sovetski”də heç bir tarixi bina sökülmür” – RƏSMİ

Hazırda oxunan: “Sovetski”də heç bir tarixi bina sökülmür” – RƏSMİ
577848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı bildiririk ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb".

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən xəbər verilib.

Qeyd edilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir:
 

"Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə isə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.


Sonda bir daha media gurumlara müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar.

Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO