Xırdalan sakinlərinə şad xəbər: Yeni marşrut xətti açılır

Xırdalan sakinlərinə şad xəbər: Yeni marşrut xətti açılır

Hazırda oxunan: Xırdalan sakinlərinə şad xəbər: Yeni marşrut xətti açılır
575633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Xırdalan şəhərindən bu marşrutla yola düşən avtobusların aralıq dayanacaq məntəqələri aşağıdakılardır:

• Abşeron rayon Sukanal İdarəsi

• Heydər Əliyev prospekti, AAAF yaşayış kompleksi

• Heydər Əliyev prospekti, "Kristal Abşeron" yaşayış kompleksi

• Abşeron rayon Mədəniyyət Mərkəzi

• Xırdalan şəhər 11 nömrəli tam orta məktəb

• "20 Yanvar" metrostansiyası

• Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi)

Marşrutun fəaliyyət saatları: 06:00-dan 23:00-a qədər olacaq. Marşrut üzrə hərəkət intervalı 8-10 dəqiqə nəzərdə tutulur. Avtobuslarda ödəniş nağdsız qaydada, gedişhaqqı 0,60 AZN olaraq təyin edilib.

Xırdalan sakinlərinə şad xəbər: Yeni marşrut xətti açılır - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO