Deputatlar Bakıdan çıxmaqdan niyə çəkinirlər? – “Ailəmdə problemlər var”

Deputatlar Bakıdan çıxmaqdan niyə çəkinirlər? – “Ailəmdə problemlər var”

Hazırda oxunan: Deputatlar Bakıdan çıxmaqdan niyə çəkinirlər? – “Ailəmdə problemlər var”

53399

Milli Məclis dekabrın 30-da 2021-ci ilin sonuncu plenar iclasını da keçirib tətilə yollandı. Bəs 16 günlük qış tətilinə çıxan millət vəkilləri bayramı və tətili necə keçirmək fikrindədirlər?

Bizim.Media olaraq deputatların yeni ili necə qarşılayacağı ilə bağlı sorğu hazırladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis qış tətilinə çıxır – SON İCLAS bu tarixdə olacaq


Millət vəkili Fəzail Ağamalı açıqlamasında yeni ili ölkə içində qarşılayacağını bildirib:

“Yeni ili Bakıda, evdə ailəmlə, uşaqlarımla keçirməyə çalışacağam. Telefonumu bayram günlərində söndürməyəcəm təbii ki, ictimai-siyasi proseslərdə iştirak edərək xalqımızı düşündürən məsələlərdə siyasətçilərə, jurnalistlərə açıqlama bildirməyə, vəzifə öhdəliklərimi yerinə yetirməyə hazır olacağam”.

Fazil Mustafa isə hələ bu haqda fikirləşməyə vaxt tapmadığını deyib:

“Təbii ki, Bakıda olacam. Hələ heç nə planlaşdırmamışam düzü nə həvəs, nə də vaxt tapmamışam. İşlər çoxdur. Siyasi partiyalar, şikayətçilər, ailə problemləri var onun üçün də hələ ki, zaman tapıb bu məsələlərlə məşğul olacam”.

Vahid Əhmədov yeni ili evdə daha sonra deputat seçildiyi Quba rayonunda qarşılayacağını söyləyib:

“Yeni ili ailəmlə qarşılayıb daha sonra seçicilərimin yanına - Quba rayonuna gedəcəyəm. Bu müddətdə istirahət etməyə çalışacağam”.

Razi Nurullayev səhhətində problem yaşadığını qeyd edərək, tətil haqqında düşünmədiyini bildirib:

“İnanın ki, canım ağrayır, tətil heç yadıma düşmür. Heç düşünmək üçün vaxtım da yoxdur. Amma tətil günlərində Bakıda olacam çünki idarə etdiyim partiyanın xeyli problemləri yığılıb qalıb. Ailəmdə də problemlərim yığılıb qalıb, onları həll etməliyəm, daha sonra qohum-qonşulara baş çəkəcəyəm. Sonda da yenidən işimlə bağlı qalan məsələləri həll edəcəm”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO