DİN:

DİN: "Polis orqanlarına müvafiq tapşırıqlar verilib" - QARŞISI ALINACAQ

Hazırda oxunan: DİN: "Polis orqanlarına müvafiq tapşırıqlar verilib" - QARŞISI ALINACAQ
51197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sahibsiz heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Respublikanın ərazi polis orqanlarına bununla bağlı müvafiq tapşırıqlar verilib".

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, məqsəd heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinin qaşısını almaqdır: 

“Hər bir şəxs bilməlidir ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bu günlərdə Bərdə rayonunda vətəndaş İ.Qurbanovun sahibsiz iti tir tüfənginin qundağı ilə vurmasına görə inzibati icraat açılmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub, tüfəng həmin şəxsdən müsadirə olunaraq götürülüb. Bunu nəzərə alaraq, bir daha diqqətə çatdırırıq ki, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qəti tədbirlər görülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO