Ümrə ziyarəti neçəyə başa gəlir? – MƏBLƏĞ

Ümrə ziyarəti neçəyə başa gəlir? – MƏBLƏĞ

Hazırda oxunan: Ümrə ziyarəti neçəyə başa gəlir? – MƏBLƏĞ
51078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci il yanvarın 13-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən növbəti Ümrə ziyarəti planlaşdırılır. Həmin vaxt Ümrə ziyarəti üçün qiymət təxminən 1440 ABŞ dolları təşkil edir. Qiymət otellərə görə dəyişə bilər.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O bildirib ki, bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.

"Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək. Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər", - deyə o bildirib.

V.Cahangiri qeyd edib ki, səfər edənlərdən COVİD pasportu tələb olunur:

"Hazırda 2 "Sinovac" + 1 "Pfizer" və ya iki "Pfizer" olan pasport tələb olunur. Hələ ki, iki doza "Sinovac" olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO